Rüsvayçılıqdır, Tiflisdə sanksiya tətbiq edəcəyik Zelenski

05.12.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ukrayna Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar hazırlayır.

Axar.az xəbər veri ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Gürcüstanda vəziyyətlə bağlı hesabat var idi. Onların (Gürcüstan hakimiyyəti – red.) öz xalqına qarşı nələrə getməsi sadəcə olaraq rüsvayçılıqdır. Biz hüquqi sahədə cavabımızı hazırlayırıq və avropalılar, eləcə də digər tərəfdaşlarla konkret fəaliyyət üzərində işləyirik. Mən müvafiq sanksiya qərarlarının hazırlanmasını tapşırdım”, - deyə o bildirib.

Zelenski sanksiyaların hansı sahələri əhatə edəcəyini və nə vaxt tətbiq ediləcəyini açıqlamayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью