Rüşvət alan hakimə hökm oxundu ÖZƏL

22.01.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Məmmədova hökm oxunub.

Gununsesi.info-nun  xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsun Məmmədov rüşvət alma ittihamı ilə 5 il azadlıqdan məhrum edilib.

Polis nəzarətində olan sabiq hakim məhkəmə zalında qandallanıb.

Xatırladaq ki,  hakim icraatında olan mülki işdə tərəflərin birindən rüşvət almaqda ittiham edilir.

Onunla bağlı iş Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq olunub.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью