Rüşvət aldığı iddia olunan bağça müdiri işdən çıxarılıb

24.07.2025

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.

Bu barədə AZXEBER.COM-a BŞTİ-dən məlumat verilib.

Monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar (qeydiyyatdan kənar uşaqların olması, normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və əmək qanunvericiliyinin kobud şəkildə pozulması) aşkar edilib.

Araşdırmanın nəticələrinə uyğun olaraq, 23 iyul 2025-ci il tarixində 202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən ləğv edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən bağça müdirinin işəgötürmə prosesində rüşvət tələb etdiyi ilə bağlı şikayət yayımlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью