Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin sabiq rəis müavini - səfərbərlik şöbəsinin rəisi Adil Hüseynov Ali Məhkəməyə müraciət edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, onun şikayəti araşdırılması üçün Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib.
Məhkəmə baxışı mayın 7-nə təyin olunub.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Adil Hüseynov 8 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Adil Hüseynovun barəsində Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin sabiq rəis müavini - səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, onun şikayəti araşdırılması üçün Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib.