Rüşvət qismində asfalt alan yol polisi həbs edildi

28.12.2024

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Krasnoyarsk diyarının yol patrul alayının komandiri saxlanılıb.

Avtosfer.az xəbər verir ki, polis polkovnikinin hakim qarşısına çıxarılmasına səbəb rüşvət iddiasıdır. O, tikinti şirkətlərinin birindən rüşvət qismində asfalt və kərpic almaqda ittiham edilir. İttiham aktına görə polkovnik 3 il ərzində nəqliyyat şirkətinə havadarlıq edib. Bunun müqabilində isə villası üçün armatur, asfalt və kərpic alıb. 

Məhkəmənin qərarı ilə polis zabiti barədə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью