Rüşvətxor meri PUA ilə vurub öldürdülər

22.09.2026

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Belqorod şəhərinin keçmiş meri, 53 yaşlı Konstantin Polejayev cəbhədə öldürülüb. O, 2015–2019-cu illərdə şəhər meri vəzifəsində çalışıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Telegram” kanallarında bildirilib ki, Polejayev Belqorodda yerləşən “BARS” bölməsində xidmət edib və vilayət ərazisində pilotsuz uçuş aparatının zərbəsi nəticəsində həlak olub.

Başqa bir məlumata görə, Polejayev dron zərbəsi nəticəsində yaralanıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 2024-cü ildə Polejayev 18 milyon rubl məbləğində rüşvət alma işi üzrə beş il müddətinə azadlıqdan məhrum edilib. O, günahını etiraf edib.

Bununla belə, hökm çıxarılmamışdan əvvəl Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynadakı müharibəyə yollanıb. Onun bunu “cəmiyyət qarşısında günahını yumaq” məqsədilə etdiyi bildirilirdi.

Müxalif media isə daha əvvəl iddia edib ki, keçmiş məmur əslində döyüş bölgəsində olmayıb və “BARS” səfərbərlik ehtiyat dəstəsində yalnız formal şəkildə xidmət edib. İddiaya görə, Polejayev faktiki olaraq vaxtının böyük hissəsini ailəsi ilə evdə keçirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью