Rusyanın bu vilayətində əhali qorxu içindədir: Putinə MÜRACİƏT HAZIRLANIR

10.01.2025

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Primorsk diyarında Uzaq Şərq sakinləri üçün təhlükə yaradan pələnglər haqda Rusiya prezidenti Vladimir Putinə kollektiv müraciət üçün imzalar toplanır.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Sakinlər müraciətin mətnində qeyd ediblər ki, sürətlə çoxalan təhlükəli heyvandan qorunmaq məcburiyyətindədirlər. Bildirilir ki, pələnglərin sayı artıq 700-ü keçib və onlar getdikcə daha təhlükəli vəziyyət yaradırlar. İtlərə və mal-qaralara hücum edirlər. İnsanlara hücum halları da qeydə alınıb.

Qeyd olunur ki, Rusiya ərazisində 2001-ci ildən 2010-cu ilə qədər pələnglərin insanlara qarşı 19 hücum faktı qeydə alınıb, nəticədə 12 nəfər yaralanıb, 2 nəfər ölüb. Pələnglər ev heyvanlarına daha tez-tez hücum edirlər. Rusiyada hər il orta hesabla pələnglərin hücumundan ev heyvanlarının 30-a yaxın ölümü qeydə alınır. Ölən heyvanların əksəriyyəti it, beşə yaxını iribuynuzlu heyvan olub.

Adəm

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью