Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Suyun ekosistemlərin sağlamlığı, iqlim dəyişiklikləri, təbiət və qida təhlükəsizliyi arasında vacib əlaqə yaradır, bununla bağlı BMT çərçivəsində müxtəlif konvensiyalar arasında əməkdaşlığın gücləndirilməsi zəruridir.
"Report" xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Krallığı Xarici İşlər Nazirliyinin ətraf mühit üzrə xüsusi nümayəndəsi Rut Devis (Ruth Davis) COP29 çərçivəsində keçirilən "İqlim üçün su: Su məsələlərinin NDC-lər və NAP-lara inteqrasiyası" adlı tədbirdə deyib.
O, qlobal ekoloji problemlərin həlli üçün sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb: "Su bu problemləri bir-birinə bağlayan əsas elementdir.
Su ekosistemləri dəstəkləyir, sağlam ekosistemlər isə öz növbəsində su dövranını qoruyur.
Suyun əhəmiyyətini prioritetləşdirməmək mümkün deyil". R. Devis, tropik meşələrin su dövranındakı mühüm roluna xüsusi diqqət çəkib: "Sağlam
Bu qarşılıqlı əlaqə suyun və ekosistemlərin əhəmiyyətini bir daha sübut edir".
O hesab edir ki, iqlim, təbiət və digər ekoloji problemlərə daha inteqrasiya olunmuş yanaşmanın tətbiq edilməsinin artıq vaxtıdır: "Bu məsələləri bir problem kimi deyil, bir fürsət kimi görüb birlikdə həll yolları axtarmalıyıq".