Rütbəsinə güvənən hərbçi sükan arxasında qaydaları pozdu VİDEO

23.04.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Sükan arxasında yol hərəkəti qaydasını pozan hərbçinin videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, kapitan rütbəsini daşıyan Gündüz Əhmədov adlı hərbi qulluqçu qanundan sui-istifadə edərək qaydaları pozub. O, nəqliyyat vasitəsinin hərəkəti zamanı təhlükəsizlik kəmərindən istifadə etməyib.

Yol hərəkəti qaydalarına riayət etmək hər bir vətəndaşın borcudur – fərq etməz, o adi bir sürücüdür, yoxsa yüksək vəzifəli şəxs. Bəzən sürücülər vəzifəsindən və statusundan bu formada sui-istifadə edərək qaydaları pozurlar. Lakin qayda pozuntusu nəticəsində ağır qəza baş verərsə ona nə statusu, nə mövqeyi, nə də rütbəsi kömək olacaq.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью