Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
NATO-nun baş katibi Mark Rutte aprelin 11-də Brüsseldə Ukrayna üzrə təmas qrupunun toplantısında Amerika tərəfinin iştirak etməyəcəyinə baxmayaraq, ABŞ-dan Ukraynaya silah və kəşfiyyat məlumatlarının verilməsini davam edəcəyini bəyan edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, NATO xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında o: "Heç nə dəyişməyəcək. ABŞ Ukraynaya silah yardımı və kəşfiyyat məlumatları verməyə davam edəcək", - deyib.
“İclasa sadəcə olaraq Almaniya və Böyük Britaniya sədrlik edəcək”, - deyə Rutte əlavə edib və bununla da ABŞ-ın görüşdə iştirak etmədiyini təsdiqləyib.
Bundan əvvəl NATO-nun mətbuat xidməti ilk dəfə olaraq aprelin 11-də Böyük Britaniya və Almaniyanın birgə sədrliyi ilə Ukrayna üzrə təmas qrupunun iclasının keçiriləcəyini açıqlayıb.
Qadir, Bizimyol.info