Rutte ABŞ yə gedəcək

08.03.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

NATO-nun Baş katibi Mark Rutte gələn həftə ABŞ-yə səfər edəcək.

Bunu jurnalistlərlə söhbəti zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib.

“Gələn həftə NATO-nun Baş katibi ABŞ-yə gələcək”, - o qeyd edib.

Onun sözlərinə görə, Rutte ABŞ və Ukrayna nümayəndə heyətləri arasında gələn həftə Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda da iştirak edəcək. Belə ki, tərəflər Kiyevlə Moskva arasında silahlı münaqişənin həlli və sülhün əldə olunması üçün bir sıra təşəbbüsləri müzakirə edəcəklər.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью