Rutte Aİ ni Ukrayna danışıqlarından şikayət etməyi dayandırmağa çağırıb | Icma.az
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
NATO-nun baş katibi Mark Rutte Aİ ölkələrini Rusiya və ABŞ-ın Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqelərindən şikayət etməyi dayandırmağa və bunun əvəzinə konkret fikirlər irəli sürməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, alyansın mətbuat xidmətindən verilən məlumata görə, o, bu barədə Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
Rutte vurğulayıb ki, o, “Avropalı dostlara” debatda iştirak edən zaman konkret fikir və təkliflər irəli sürməli, müdafiə xərclərini artırmalı, “danışıq masasında olma ehtimalından” şikayət etməməli olduqlarını deyib.
“Konkret ideyalarla Ukrayna üçün təhlükəsizlik təminatlarının necə ola biləcəyini göstərin”, - deyə o vurğulayıb.
Onun fikrincə, NATO-da ümumi anlaşma var ki, Ukrayna Rusiya Federasiyası ilə danışıqlar üçün ən yaxşı mövqeyə gətirilməlidir.
Alyansın baş katibi Aİ-ni bu məqsədlə Kiyevə hərbi yardımı davam etdirməyə çağırıb.
Fevralın 12-də ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Tam oxu
Xəbəri oxu