Rutte: Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi...

13.02.2026

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Avropanın müdafiə sahəsində üzərinə  daha çox məsuliyyət götürməsi və NATO daxilində liderlik roluna sahiblənməsi lazımdır. Bu, ABŞ-ın da NATO ilə daha sıx bağlanmasına rəvac verəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Brüsseldə NATO Müdafiə Nazirləri Görüşünə deyib.

O bildirib ki, Avropa ölkələrinin imkanlar ilə NATO-nu daha da gücləndirmək lazımdır: "Avropalıların illərdir müdafiəyə ABŞ-dan daha az pul xərcləməsi narahatedicidir. İndisə bu qayda dəyişir. Bu, sevindiricidir. Eyni zamanda, ABŞ-ın da Avropa ilə birgə hərəkətinə stimul verir. Sözsüz ki, bütün müttəfiqlər birlikdə hərəkət etməlidir. Amerikalılar düşünür ki, avropalıar bunun üçün daha çox iş görməlidir."

Samir Musayev

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью