Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
NATO-nun baş katibi Mark Rutte NATO Parlament Assambleyasının sessiyası çərçivəsində keçirilən müzakirə zamanı alyansla əməkdaşlıq edən ölkələri sadalayarkən dil xətasına yol verib.
Yeniavaz.com xəbər verir ki, o, Cənubi Koreyanın əvəzinə Şimali Koreyanın adını çəkib.
“Biz Avstraliya və Yeni Zelandiya, Şimali... Xeyr, xeyr, Şimali deyil, üzr istəyirəm, Cənubi Koreya və Yaponiya ilə sıx əməkdaşlıq edirik”, – deyə o, dərhal səhvini düzəldərək bildirib.
Çıxışın videoyazısını “Sky News” telekanalı yayımlayıb.
Ruttenin dil xətası tədbir iştirakçılarının gülüşünə səbəb olub.