Rutte elan etdi: Donanma yaradılır

07.07.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün bir neçə NATO ölkəsi 12 tanker və uzaqmənzilli nəqliyyat təyyarəsindən ibarət donanma yaratmaq üçün çoxmillətli təşəbbüsün bir hissəsi olaraq onlarla “Airbus” təyyarəsinin alınmasını elan edib.

Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte NATO Müdafiə Sənayesi Forumunda bildirib.

“Başqa bir çoxmillətli təşəbbüs NATO-ya yüksək hündürlüklərdə davamlı uçuşlar həyata keçirə və vacib kəşfiyyat məlumatları təmin edə bilən beş ədəd “Northrop Grumman” MQ-4C Triton çoxməqsədli PUA-dan ibarət donanma təqdim edəcək”, - deyə Rutte əlavə edib.

O, bu təyyarələrin və dronların missiyaları yerinə yetirməyə nə vaxt hazır olacağını dəqiqləşdirməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью