Rutte: Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm

25.11.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Kollektiv təhlükəsizliyimizlə bağlı artan problemləri həll etmək üçün prezident Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm”. 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte bildirib.

Baş katib həmçinin qeyd edib:

"Getdikcə daha çox problemlər yaşanan bir dünyada Türkiyə cənub cinahımızda çəkindirmə qüvvəsini gücləndirərək ittifaqımıza əvəzsiz töhfə verir. Türkiyə NATO-nun ikinci ən böyük ordusuna, təsirli müdafiə sənayesinə malikdir və bir neçə ildir ki, bu dövlət güclü və qətiyyətli müttəfiqimizə çevrilib".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью