Rutte gələcəkdə Ukrayna istehsalı olan silahlar alacağına söz verib

18.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

NATO-nun baş katibi Mark Rutte Ukraynaya nəinki onu silahla təmin edəcəyini, həm də gələcəkdə bu ölkədən silah alacağını vəd edib.

APA xəbər verir ki, o, bu mövqeyini iqamətgahında Ukrayna prezidenti Vladimir Zelenski və alyansın bir sıra üzv dövlətlərinin rəhbərləri ilə mini sammitdən əvvəl açıqlayıb.

“Biz Ukrayna iqtisadiyyatını da müzakirə edirik, sizin nəhəng hərbi sənayenizdən silah almaq təşəbbüslərimiz var. Çünki bizə Ukrayna üçün təkcə silah deyil, həm də pul lazımdır”, - deyə Rutte Zelenskiyə müraciət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью