Rutte hesab edir ki, Ukraynanın daha çox silaha ehtiyacı var | Icma.az
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın daha çox hərbi yardıma ehtiyacı var və Rusiya ilə gələcək sülh danışıqları ilə bağlı daha az müzakirə lazımdır.
Bizimyol.info xəbər verir ki, bu fikri NATO-nun baş katibi Mark Rutte Brüsseldə alyans ölkələrinin xarici işlər nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.
"Daha çox hərbi yardım və sülh danışıqlarının necə olacağı barədə daha az müzakirə", - deyə o, jurnalistlərin gələcək sülh danışıqlarında “Ukraynanın ərazi güzəştləri ilə bağlı” sualını cavablandırarkən deyib.
Ruttenin sözlərinə görə, Kiyevin “sülh prosesinin necə olacağı ilə bağlı daha çox fikrləşməyə ehtiyacı yoxdur”.
NATO indi Ukraynaya qoşun yeritməkdənsə, sülh danışıqlarında “mövqeyini gücləndirmək” üçün Ukraynaya silah göndərməyi müzakirə edir.
“Biz Kiyevin sülh danışıqlarında güclü mövqe tutmasını təmin etmək üçün Ukraynaya maksimum miqdarda silahın necə göndəriləcəyini müzakirə edirik”, deyə o, ukraynalı jurnalistlərin NATO qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən bildirib.
NATO-nun baş katibi qeyd edib ki, Ukraynada cəbhə yavaş-yavaş Şərqdən Qərbə doğru irəliləyir.
Tam oxu
Xəbəri oxu