Rutte: “Lazım olan yerdə cavab verəcəyik”

14.10.2026

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

NATO-nun Baş katibi Mark Rutte Rusiyanın hibrid və kiberhücumlarına qarşı Alyansın bütün zəruri cavab tədbirlərinə hazır olduğunu bildirib.

AZXEBER.COM xəbər verir ki, Rutte bu barədə Estoniyanın paytaxtı Tallində Baş nazir Kristen Mixal ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

O bildirib ki, Rusiyanın həyata keçirdiyi hibrid və kiberfəaliyyətlərə qarşı NATO hazırlıqlıdır və cavab tədbirləri bəzən açıq, bəzən isə gizli şəkildə həyata keçirilə bilər.

"Lazım olan yerdə cavab verəcəyik. Bu cavab hər zaman görünən olmayacaq. Bəzən simmetrik, bəzən isə asimmetrik olacaq”, – deyə Rutte vurğulayıb.

Baş katib Rusiyanın NATO ərazisinə hücum edəcəyi təqdirdə Alyansın özünü müdafiə edəcəyini bildirib. O, hazırda NATO ərazisinə qarşı yaxın təhlükə

görmədiklərini, lakin mümkün hərbi təhdidlərə qarşı hazırlıqlı olduqlarını qeyd edib.

Rutte, həmçinin NATO-nun müdafiə xərclərini artırmağa və Ukraynaya dəstəyi davam etdirməyə hazır olduğunu vurğulayıb.

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью