Icma.az bildirir, Bizimyol portalına istinadən.
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) hərbi satınalmalarla bağlı bütün məsələlərin həlli üçün “NATO-nun Ön Qapısı” (NATO Front Door) adlı “vahid pəncərə” xidmətinin yaradıldığını elan edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte NATO sammiti çərçivəsində Ankarada keçirilən Müdafiə Sənayesi Forumunda çıxışı zamanı bildirib.
“Bu gün hərbi sənaye üçün “NATO-nun Ön Qapısı” təşəbbüsünü istifadəyə veririk. Bu təşəbbüs müdafiə sənayesinə hərbi satınalmalarla bağlı bütün məsələlərin həlli üçün vahid müraciət məntəqəsi təqdim edəcək”, – deyə Rütte bildirib.
O, müdafiə sənayesi şirkətlərini NATO ilə daha fəal əməkdaşlığa çağıraraq, “bu qapını döyməyə” səsləyib.
Bizimyol.info