Rütte: NATO İranın nüvə silahı əldə etməsinə yol vermək niyyətində deyil

23.06.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"NATO müttəfiqləri İranın nüvə silahı əldə etməsinə yol vermək niyyətində deyil".

Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rütte bildirib.

"Müttəfiqlər çoxdan belə qənaətə gəliblər ki, İran nüvə silahı hazırlamamalıdır", - deyə Rütte Haaqada keçiriləcək NATO sammiti ərəfəsində təşkil olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran dəfələrlə Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə dəvət olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью