Icma.az bildirir, Bizimyol portalına istinadən. Şimali Atlantika Alyansı “sualtı kabelləri ilə bağlı gözlənilən təxribatı” səbəbindən Baltik
Bizimyol.info xəbər verir ki, vu barədə NATO-nun baş katibi Mark Rutte "X" sosial şəbəkə hesabında yazıb.
“Finlandiya Prezidenti Alexander Stubb ilə sualtı kabellərin mümkün təxribatı ilə bağlı Fin araşdırmasını müzakirə etdik.
Tam həmrəyliyimi və dəstəyimi bildirdim. NATO Baltik dənizində hərbi mövcudluğunu gücləndirəcək”, - deyə baş katib bildirib.
Bundan əvvəl Aİ diplomatiyasının rəhbəri, estoniyalı Kaja Kallas Baltik dənizində baş verən hadisələrdə Rusiya nefti daşıyan tanker donanmasını günahlandırıb və ona qarşı yeni icma sanksiyaları vəd edib.
Dekabrın 25-də Finlandiya və Estoniya arasında Finlandiya körfəzinin dibi ilə uzanan "EstLink 2" enerji kabeli qəzalı vəziyyətdə qopub, hadisənin səbəbləri aydınlaşdırılır.
"Postimees" qəzeti daha sonra Estoniya şirkətlərinin ölkələr arasında üç kabelə ziyan vurduğunu bildirdi.
Noyabrın 17-18-də Baltik dənizində iki kabel zədələnib. Biri Almaniyanı Finlandiya ilə, digəri İsveçi Litva ilə birləşdirir.