Rutte: NATO nun 1997 ci il sərhədlərinə qayıtması qəbuledilməzdir

23.11.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

NATO-nun Baş katibi Mark Rutte Alyansın 1997-ci il sərhədlərinə qayıtması ilə bağlı təklifləri qəbuledilməz hesab etdiyini bildirib.

APA xəbər verir ki, Rutte bunu keçirdiyi mətbuat konfransında deyib.

“NATO-da heç kim bunu yaxşı fikir hesab etmir. Belə qərarlar NATO daxilində qəbul edilir, Alyansdan kənarda deyil”, – Mark Rutte vurğulayıb.

Qeyd edək ki, NATO-nun 1997-ci il sərhədlərinə qayıtması məsələsi Rusiyanın Alyansla bağlı irəli sürdüyü tələblərdən biridir. Moskva NATO-nun Şərqi Avropaya doğru genişlənməsinin dayandırılmasını və Alyansın 1997-ci ildən sonra üzv qəbul etdiyi ölkələrdə hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью