Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
NATO-nun Baş katibi Mark Rutte növbəti NATO sammitinin Albaniada keçirilməsinin planlaşdırıldığını bildirib.
Rutte qeyd edib ki, sammitin dəqiq tarixi hələ müəyyən edilməyib. Bununla yanaşı, tədbirin Albaniada təşkili ilə bağlı yekun qərarın rəsmi şəkildə təsdiqlənməsi prosesi davam edir.
Bəzi beynəlxalq KİV-lərin məlumatına görə, Alyans daxilində Albaniyanın ev sahibliyi ilə bağlı müzakirələr hələ də davam edir. Bu səbəbdən sammitin keçiriləcəyi məkan və tarix barədə yekun qərarın NATO üzv dövlətlərinin razılığı əsasında açıqlanacağı gözlənilir.