Rutte: NATO ölkələri müdafiəyə ÜDM in 3% dən çoxunu xərcləməlidir

14.02.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

NATO-ya üzv dövlətlər müdafiə xərclərini ÜDM-in hazırkı 2%-dən 3%-ə və daha çox artırmalıdır.

Bizimyol.info xəbər verir ki, bunu Alyansın baş katibi Mark Rutte Münhen Təhlükəsizlik Konfransına gələrkən deyib. Onun çıxışı NATO-nun mətbuat xidməti tərəfindən yayımlanıb.

“Düşünürəm ki, bu, ÜDM-in ən azı 3 faizindən çox olacaq”, - deyə o, jurnalistlərin müvafiq sualını cavablandırıb.

Onun sözlərinə görə, hazırda alyans NATO-nun iyulda Haaqada keçiriləcək sammiti üçün təyin edilməli olan xərclərin səviyyəsini qiymətləndirir. "Daha çox ödəməliyik. NATO-nun Avropa hissəsi daha çox ödəməlidir. Biz kifayət qədər pul ödəmirik", - deyə o qeyd edib.

Müdafiə xərclərinin artırılması məsələsi ABŞ-ın tələb etdiyi kimi NATO-da ən aktual məsələlərdən biridir. ABŞ prezidenti Donald Tramp artıq bəyan edib ki, avropalılar ÜDM-in 5%-ni müdafiəyə xərcləməlidirlər və Rutte iyulda Haaqada keçiriləcək sammitdə alyans ölkələrinə xərclərin yeni səviyyəsini müəyyən etməyi təklif edib. Hazırkı bloka daxil olan dövlətlərin ÜDM-in 2%-ni müdafiəyə ayıracağını güman edir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью