Rutte NATOdakı mövcud təhlükəsizlik vəziyyətini alyans tarixinin ən pis dövrü hesab edib

12.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

NATO-nun Baş katibi Mark Rutte alyansdakı mövcud təhlükəsizlik vəziyyətini təşkilatın tarixinin ən pis dövrü hesab edir.

“Report” xəbər verir ki, o, bu fikirləri Karneqi Fondunun Avropa bölməsində çıxışı zamanı səsləndirib.

“Təhlükəsizlik ilə bağlı vəziyyət həyatım boyu gördüyüm ən pis vəziyyətdədir”, - o deyib.

Rutte əlavə edib ki, Ukraynada baş verənlər Brüsseldə də yaşana bilər. Onun fikrincə, Rusiya və Çin NATO ilə ekzistensial qarşıdurma vəziyyətindədir.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью