Rutte NATOnun Ukrayna üzrə komandanlığının işə başladığını açıqlayıb AzPolitika onlayn siyasiictimai qəzet

18.12.2024

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

NATO-nun Baş katibi Mark Rutte Almaniyanın Visbaden şəhərində alyansın Ukraynaya silah tədarükünün koordinasiyası üzrə komandanlığının işinə başladığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə o, Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

“NATO-nun Visbadendəki komandanlığı işinə başlayıb”, - Baş katib deyib.

Rutte həmçinin Aİ və NATO ölkələrini Ukraynaya hərbi təchizatın təmin edilməsinə diqqət yetirməyə çağırıb.

“Ukraynanı güclü vəziyyətə gətirmək lazımdır. İndi cəbhə şərqə yox, qərbə doğru irəliləyir. Bunu dəyişmək bizim əsas prioritetimizdir”, - o söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью