Rutte: Rusiya ilə ABŞ arasında təmasların olması məni narahat etmir

12.02.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

NATO-nun baş katibi Mark Rutte Rusiya Federasiyası ilə ABŞ arasında Ukrayna münaqişəsi ilə bağlı mümkün danışıqlara dair xəbərlərdən narahat deyil və bu mövzuda spekulyasiya etmək istəmir.

Bizimyol.info xəbər verir ki, o, bu barədə fevralın 13-də Brüsseldə alyans ölkələrin müdafiə nazirlərinin görüşündən əvvəl mətbuat konfransında bildirib.

“ABŞ və Rusiya Federasiyası arasında təmaslara gəlincə, NATO-nun 50%-i ABŞ-dır. Mən ABŞ və Rusiya Federasiyası arasında təmasların olmasından narahat deyiləm, çünki biz hamımız bir ittifaqda iştirak edirik. Mən spekulyasiya etməyəcəyəm", - deyə o qeyd edib.

Bundan əvvəl “The New York Post” ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli ilə bağlı telefon danışığı barədə məlumat verdiyini yazıb. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Vals dövlət başçıları arasında telefon danışığının artıq olub-olmaması ilə bağlı suala dəqiq cavab verməyib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra bəyan edib ki, Rusiya lideri ilə ABŞ prezidentinin təmasları barədə yazılanları nə təsdiq, nə də təkzib edə bilər.

Tramp son həftələrdə dəfələrlə Putinlə danışmaq istəyini bildirib. Eyni zamanda, baş verən hər hansı təmaslar barədə rəsmi məlumat verilməyib. Putinin Trampla sonuncu söhbəti haqqında məlumat Kremlin saytında 23 iyul 2020-ci il tarixdə olub.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью