Rutte: Rusiya NATOdan 3 dəfə artıq silah istehsal edir

14.01.2025

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

NATO-nun baş katibi Mark Rutte NATO-nun silah istehsalı və müdafiə büdcəsi ilə bağlı mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Rutte NATO ölkələrinin müdafiə üçün ayırdığı 2 faizlik payın az olduğunu bildirsə də, Rusiyanın bütün NATO-dan daha çox müdafiə sənayesi istehsal etdiyini bildirib.
Rutte deyib: "NATO ölkələrinin müdafiə üçün ayırdığı 2 faizlik pay qətiyyən kifayət deyil. Rusiya bütün NATO-nun illik istehsalına 3 ayda çatır. Biz İndi təhlükəsiz, amma bu gün müdafiə xərclərimizi artırmasaq, 4-5 ildən sonra ya rus dilini öyrənməli, ya da Yeni Zelandiyaya getməli olacağıq" dedi.
Rutte həmçinin bildirib ki, "Həqiqətən narahatam. Hazırda nə müharibə, nə də sülh şəraitindəyik. Bu o deməkdir ki, müdafiəyə daha çox pul xərcləməliyik. Gözləməyə vaxtımız yoxdur. Avropanın hazırkı müdafiə sənayesi də kiçik, yavaş və dağınıq".

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью