Rutte: Rusiya üç ayda bütün NATO ölkələrinin bir ildə istehsal etdiyi qədər silah istehsal edir

09.06.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya bütün NATO ölkələrindən daha çox silah-sursat istehsal edir və onlar bunu dəfələrlə tez edir.”

APA xəbər verir ki, bunu Londonda Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı NATO-nun baş katibi Mark Rutte bildirib.

Rusiyanın Çin, Şimali Koreya və İranla birlikdə hərəkət edərək hərbi potensialını və imkanlarını artırdığını bildirən Rutte sözlərinə belə davam edib:

"Rusiya ordusunu Çin texnologiyası ilə yenidən qurur və gözlədiyimizdən çox sürətlə silah istehsal edir. Sursat baxımından Rusiya NATO-nun bir ildə istehsal etdiyini 3 ayda istehsal edir. Bu il 1500 tank, 3000 zirehli maşın və 200 "İsgəndər" raketi istehsal edəcəyi gözlənilir. Rusiya beş il ərzində NATO-ya qarşı hərbi güc tətbiq etməyə hazır ola bilər. Beş il. Özümüzü aldatmayaq, indi hamımız şərq cinahındayıq. Yeni nəsil rus raketləri səs sürətindən qat-qat yüksək sürətlə hərəkət edir. Avropa paytaxtları arasındakı məsafə indi dəqiqələrlə ölçülür. Artıq Şərq və ya Qərb yoxdur, yalnız NATO var."

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью