Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə alyansın sözçüsü Allison Hart "Reuters" agentliyinə bildirib.
"Baş katib Davosda prezidentlə görüşündə suverenlik məsələsi ilə bağlı heç bir güzəşt təklif etməyib", - deyə o qeyd edib.
"Axios" daha əvvəl Ruttenin Trampa Danimarkanın Qrenlandiya üzərində suverenliyini qoruyub saxlayacaq, lakin ada ilə bağlı 1951-ci il müdafiə müqaviləsinin şərtlərini yeniləyəcək bir razılaşma layihəsi təklif etdiyini bildirmişdi.
"WEF"də çıxış edən Tramp, Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün güc tətbiq etməyi planlaşdırmadığını və Qrenlandiyanı dəstəkləyən Avropa ölkələrinə qarşı əvvəllər elan edilmiş tariflərin 1 fevraldan etibarən tətbiq olunmayacağını bildirib. Lakin Trampın sözləri avropalıları tam sakitləşdirməyib, çünki o, əsas ideyasını - Qrenlandiya üzərində nəzarəti ələ keçirmək niyyətini - təkrarlayıb və Avropanı müxtəlif cəbhələrdə, xüsusən də miqrasiya siyasəti ilə bağlı tənqid edib.
Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen, NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq, Qrenlandiya Müdafiə Müqaviləsini imzaladılar. Müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürdü.
Qadir, Bizimyol.info