Rutte Trampın iqamətgahına gəldi

22.11.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

NATO-nun baş katibi Mark Rutte ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamətgahına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hollandiyanın “De Telegraaf” qəzeti məlumat yayıb.

Məlumata görə, Rutte Hollandiya hökumətinin təyyarəsi ilə uçub.

“Jurnalist Menno Svart ABŞ-ın Florida ştatında, Trampın Mar-a-Laqodakı qərargahından bir qədər aralıda Hollandiya hökumətinə məxsus təyyarənin olmasını aşkar edib”, – nəşr yazıb.

Qeyd olunub ki, NATO-nun yüksək səviyyəli rəhbərlərin öz təyyarəsi yoxdur, ona görə də alyans onu mütəmadi olaraq müttəfiqlərindən icarəyə götürür.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью