Rutte Trampın Ukrayna barədə etirafını AÇIQLADI

01.07.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ukrayna hazırda döyüş meydanında özünü əvvəlkindən xeyli yaxşı hiss edir və mühüm uğurlar qazanır. Rusiya isə hər ay təxminən 35 min hərbçi itirir”.

Redaktor.az xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte “Financial Times”a müsahibəsində deyib.

“Rusiyanın dörd-beş ay əvvəl əldə etdiyi irəliləyiş indi əhəmiyyətli dərəcədə yavaşlayıb. Ukraynanın vəziyyəti isə xeyli yaxşıdır. ABŞ Prezidenti Donald Tramp da ötən həftə Ağ evdə bunu etiraf edib”, - o bildirib.

Rutte qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putini nə ordunun itkiləri, nə də Ukraynanın döyüş meydanındakı uğurları danışıqlara sövq edir. NATO baş katibinin sözlərinə görə, hələlik Putinin danışıqlar masasına oturmağa hazır olduğunu göstərən heç bir əlamət yoxdur.

Mark Rutte vurğulayıb ki, Qərb Ukraynaya dəstəyi artırmalı və mümkün danışıqlar başlamazdan əvvəl onun mövqeyini maksimum dərəcədə gücləndirməlidir.

“Amma danışıqlara gəlib-gəlməmək qərarını Putinin özü verməlidir”, - o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью