Rütte: Ukrayna NATO ya doğru dönməz bir yoldadır

02.12.2025

Icma.az, Sherg.az saytına istinadən bildirir.

NATO hələ də Ukraynanın təşkilata qoşulmaq niyyətini dəstəkləyir, lakin yekun qərar bütün üzv ölkələrin razılığından asılıdır.

"Report" xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Brüsseldə alyansın qərargahında keçirilən mətbuat konfransında bildirib.

"Ukrayna NATO-ya doğru dönməz bir yoldadır. Regionumuzdakı istənilən ölkə üzvlük üçün müraciət edə bilər və Ukrayna bunu edib. Amma hazırda bu məsələ ilə bağlı yekdillik yoxdur," – deyə o vurğulayıb və bunun sülh sazişi məsələlərinə də aid olduğunu əlavə edib.

Rütte onu da qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью