Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ dan alınır

03.02.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 3 fevral, AZƏRTAC

Avropa ölkələri Ukraynanın hava hücumundan müdafiəsi üçün bütün raketlərinin 90 faizini ABŞ-dan alır və PURL proqramı çərçivəsində Kiyevə tədarük edir.

AZƏRTAC xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Ukrayna Ali Radasında çıxışı zamanı bildirib. Onun çıxışı Ukrayna parlamentinin rəsmi “YouTube” kanalında yayımlanıb.

“Biz PURL proqramı vasitəsilə Ukraynaya milyardlarla dollar hərbi yardım ayırmışıq. Ukrayna üçün bütün hava hücumundan müdafiə raketlərinin 90 faizi bu proqram çərçivəsində təmin edilir”, - deyə Rütte vurğulayıb.

O, həmçinin qeyd edib ki, bu hərbi təchizatlar və Ukrayna ordusunun hazırlığı Visbadendəki NATO komandanlığı tərəfindən koordinasiya olunur.

NATO-nun Baş katibi söz verib ki, blok Kiyevin hərbi səylərini intensiv şəkildə dəstəkləməyə davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью