Rutte Ukrayna üçün NATO komandanlığının fəaliyyətə başladığını elan etdi

18.12.2024

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


NATO-nun baş katibi Mark Rutte Visbadendə alyansın Ukraynaya silah tədarükünün koordinasiyası üzrə komandanlığının işinə başladığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“NATO-nun Visbadendəki komandanlığı işə başlayıb”, - baş katib bildirib.
Rutte həmçinin Aİ və NATO ölkələrini Rusiyaya kömək etməmək üçün sülh danışıqlarını daha az müzakirə etməyə, diqqəti Ukraynaya hərbi təchizatın təmin edilməsinə yönəltməyə çağırıb:
“Ukraynanı güclü vəziyyətə salmaq lazımdır. Cəbhə indi şərqə yox, qərbə doğru irəliləyir. Bunu dəyişmək bizim əsas prioritetimizdir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью