Rütte: Ukraynada münaqişə bitdikdən sonra belə Rusiya ilə münasibətlər normallaşmayacaq | …
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. "Ukraynada münaqişə bitdikdən sonra da Rusiya ilə münasibətlər bərpa olunmayacaq".
Oxu.Az fontanka.ru-ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Polşada keçirdiyi mətbuat konfransında deyib.
Rütte, həmçinin bildirib ki, Rusiya hələ də NATO üçün ən böyük təhlükədir.
O, Rusiyanın müdafiə sahəsində böyük xərclərinin ordunun imkanlarının genişləndirilməsində əks olunacağına əmin olduğu üçün alyans ölkələrini müdafiəyə daha çox sərmayə qoymağa çağırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu