Rütte: Ukraynanın NATO ya üzvlüyü uzunmüddətli hədəf olaraq qalacaq

23.11.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

NATO Ukraynanın Alyansa üzvlüyünü uzunmüddətli hədəf kimi nəzərdən keçirməyə davam edəcək.

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Berlində Almaniya Kansleri Fridrix Merzlə birgə mətbuat konfransında bildirib.

“NATO-nun uzunmüddətli mövqeyi ondan ibarətdir ki, Ukrayna Alyansın üzvü olmalıdır. Bu mövqe qarşıdakı uzun illər ərzində qüvvədə qalacaq”, – deyə Rütte vurğulayıb.

Baş katib Rusiyanın iştirakı ilə Avropanın təhlükəsizliyinə dair mümkün danışıqlara da münasibət bildirib.

O xatırladıb ki, Almaniyanın birləşməsi ərəfəsində NATO SSRİ ilə Avropa təhlükəsizliyi məsələlərini müzakirə edib.

“Həmin vaxt vahid Almaniyanın NATO-ya daxil olması məsələsi müzakirə edilirdi. NATO SSRİ-nin narahatlıqlarını dinləyirdi və bu, normal proses idi”, – deyə Rütte qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью