Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Biz amerikalıları dəstəkləmək üçün əlimizdən gələni etməliyik, eyni zamanda, Ukraynaya da dəstək verməliyik"
NATO-nun baş katibi Mark Rutte müttəfiqləri ABŞ, İsrail və İran arasındakı hərbi münaqişəyə baxmayaraq Ukraynaya yardım göstərməyə davam etməyə çağırıb. AYNA.AZ xəbər verir ki, o bu barədə “Tagesschau”ya müsahibəsində deyib.
Rutte qeyd edib: "Biz amerikalıları dəstəkləmək üçün əlimizdən gələni etməliyik, eyni zamanda, Ukraynaya da dəstək verməliyik".
Siyasətçi vurğulayıb ki, Ukrayna Rusiya ilə hərbi münaqişəsində hələ də Qərb ölkələrinin dəstəyinə ehtiyac duyur.