Ruttedən generallara tapşırıq: Trampla belə danışın!

22.11.2024

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

NATO Baş katibi Mark Rütte yaxın vaxtlarda ABŞ-a səfər edərək yeni seçilən prezident Donald Trampla görüşəcək.

Globalinfo.az xəbər verir ki, məlumatı “Vaşinqton Post” öz mənbələrinə istinadən yayıb.

Rüttenin Trampla Floridadakı malikanəsində görüşəcəyi və Ukrayna müharibəsini müzakirə edəcəyi vurğulanıb.

Qəzet həmçinin yazıb ki, Rütte bundan öncə NATO müdafiə nazirləri ilə görüşündə onlardan Tramp barədə pıçıltı ilə danışmaq yerinə, onunla dialoq aparmalarını istəyib. O, ABŞ-ın Avropanın tərəfində qalmasının onlar üçün önəmli olduğunu söyləyib.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью