Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
NATO-nun baş katibi Mark Rutte Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) bəzən NATO ölkələrinin hava məkanında görünməsinə aydınlıq gətirib.
Redaktor.az-ın məlumatına görə, Rutte "Financial Times" qəzetinə müsahibəsində bildirib ki, bu hallar dronların kursdan yayınması ilə bağlıdır.
Onun sözlərinə görə, Ukrayna NATO ölkələrinin hava məkanından qəsdən istifadə etmir. PUA-ların marşrutdan kənara çıxması isə elektron maneələr və ya digər texniki səbəblərlə əlaqədar baş verə bilər.
NATO-nun baş katibi vurğulayıb ki, Ukraynanın Rusiyaya qarşı zərbələr endirmək üçün qəsdən müttəfiq ölkələrin hava məkanından istifadə etməsi ehtimalı nəzərdən keçirilmir.
Aytəkin TOFİQQIZI