Ruzanna Məmmədova Avropa çempionatının finalında

03.07.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə millinin 3 üzvü mübarizəyə qoşulub.

Gülər Həbibova (57 kq) təsnifat mərhələsində macarıstanlı Anna Koebloyla bacarmayıb – 0:10.

Ruzanna Məmmədova (62 kq) çexiyalı Tereza Mraçkovaya “tuş”la, belaruslu Karina Fişçuka 4:0, rusiyalı Yekaterina Radışevaya isə 3:2 hesabıyla qalib gələrək finala yüksəlib. Ruzanna sabah finalda almaniyalı Leoni Steyqertlə güləşəcək.

Yarışa 1/4 finaldan qoşulan Zəhra Kərimzadə (72 kq) isveçli Elvira Erssona 2:8 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Zəhra sabah təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilklə güləşəcək.

Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açılıb Güləşçilərimiz İtaliyada 3 gümüş medal qazanıblar Ayxan Cavadov Avropa çempionatının finalında 3 güləşçimiz Avropa çempionatının finalında 3 güləşçimiz Avropa çempionatının yarımfinalında
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью