Ruzanna Məmmədova dünya çempionatının finalında!

20.08.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın dördüncü günündə Ruzanna Məmmədova (62 kq) xalçaya çıxıb.

Avropa çempionu startda qazaxıstanlı Aydana Şorayevaya tam üstünlüklə (11:0) qalib gəlib.

1/4 finalda özbəkistanlı Nigina Sabirovayla qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rəqibi üzərində 3:2 hesablı əzmkar qələbə qazanan Məmmədova yarımfinalı rahat keçib.

Türkiyəli Büşra Efeni “tuş”la məğlub edən Ruzanna karyerasında ilk dəfə U20 dünya çempionatının finalına yüksəlib.

Güləşçimiz sabah həlledici görüşdə çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək.

Güləşçimiz yarımfinala yüksəlib İki güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq Təmsilçilərimizdən 17 qızıl medal Ayxan Cavadov: “Sona kimi mübarizə aparmaq lazımdır” Güləş üzrə Avropa çempionu: "Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью