Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi

25.01.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Ankoricdə Rusiyaya səfər etməsi üçün dəvət aldığı bildirilib.

APA xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin müavini Sergey Ryabkov açıqlama verib.

“Əlbəttə, Ankoricdə Prezident Trampa Rusiya Federasiyasına səfər etmək üçün dəvət edilib”, – deyə diplomat, Rusiya Prezidenti Vladimir Putinin görüşdən sonra növbəti görüşün Moskvada keçirilməsini təklif etməsi ilə bağlı fikirləri şərh edərkən bildirib.

Ryabkov əlavə edib ki, həmin ideya o vaxtdan bəri praktiki inkişaf mərhələsinə keçməyib.

“Rusiya və ABŞ prezidentlərinin təmasları üçün digər platformalar məsələsində də mövqeyimiz qətidir: əvvəlcə məzmun tərəfi, sonra isə görüşün keçiriləcəyi yer barədə razılaşma”, – deyə XİN başçısının müavini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью