Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır. İlon Mask Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti olan “Ryanair”i almaq ehtima
Yeniavaz.com xəbər verir ki, bu addım Mask ilə “Ryanair”in baş direktoru Maykl Oliri arasında yaranan açıq mübahisədən sonra atılıb.
Mübahisə “Ryanair”in “Starlink” peyk internet sistemini təyyarələrində istifadə etməmək qərarından sonra başlayıb.
Oliri bildirib ki, qısa uçuşlar zamanı sərnişinlər “Wi-Fi” üçün pul ödəmək istəmir və əlavə avadanlıq yanacaq xərclərini artırır.
Onun sözlərinə görə, “Starlink” sisteminin quraşdırılması illik 200–250 milyon dollar xərc yarada bilər.
İlon Mask isə bu fikirlərlə razılaşmayıb və məsələ qısa zamanda şəxsi mübahisəyə çevrilib.
Gərginlik “Ryanair”in rəsmi sosial şəbəkə hesabının Maskı işarələyərk “bəlkə sizə “Wi-Fi” lazımdır?” paylaşımı ilə bir az da artıb.
Mask isə cavab olaraq “Ryanair”i almaqla bağlı sorğu keçirib və zarafatla şirkətin başına adı Ryan olan birinin gətirilməli olduğunu yazıb.