Ryazanda neft boru kəmərində partlayış: Moskva yanacaq təchizatından məhrum qalıb

27.08.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Avqustun 26-da axşam saatlarında Ryazan vilayətində Rusiyanın paytaxtını yanacaqla təmin edən “Ryazan-Moskva” magistral neft kəmərində güclü partlayış baş verib.

Bizimyol.info xəbər verir ki, partlayış nəticəsində genişmiqyaslı yanğın başlayıb.

Yerli ictimaiyyət "güclü partlayış" və alov qeydə alıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr bildiriblər ki, təcili yardım xidmətləri, polis və təmir briqadaları Bojatkovo kəndi ərazisinə gəlib.

2018-ci ildən "Transneft" şirkəti tərəfindən Rusiya ordusunun ehtiyacları üçün benzin tədarükü üçün təyin edilmiş neft kəməri müvəqqəti olaraq Moskvaya yanacaq nəqlini dayandırıb. Hazırda şirkət öz itkilərini qiymətləndirir.

Ukrayna kəşfiyyatının məlumatına görə, bu insident Rusiyanın mühüm infrastruktur obyektlərinə silsilə hücumların davamı olub. Drujba kəməri əvvəllər vurulmuşdu və bu, Macarıstan və Slovakiyaya neft axınını müvəqqəti dayandırmışdı.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью