Ryazanda Wildberries anbarı və neft emalı zavodu yanır

29.07.2026

Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ryazanda Wildberries anbarı və neft emalı zavodu yanır

29 iyul çərşənbə günü səhər Rusiyanın Ryazan şəhərinə dron hücumu baş verib. Nəticədə Wildberries anbarında və neft emalı zavodunda yanğın baş verib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə yerli Teleqram kanalının məlumatında deyilir.

Yerli qubernator Pavel Malkov yanğınlardan birini etiraf etsə də, təfərrüatları açıqlamayıb. O, şəhərin böyük dron hücumuna məruz qaldığını bildirib.

"Müəssisələrdən birinin ərazisində yanğın baş verib", - deyə Rusiya rəsmisi qısa şəkildə bildirib.

Yerli sakinlərə istinadən bir neçə Telegram kanalı Wildberries anbarında baş verən yanğın barədə məlumat verir. Bəziləri yanğının neft emalı zavodunda da baş verdiyini əlavə edirlər.

Xatırladaq ki, dünən gecə Moskva bölgəsindəki anbar kompleksində böyük bir pilotsuz təyyarə hücumundan sonra böyük bir yanğın baş verdi. OSINT icmalarına görə, yanğına, ehtimal ki, Wildberries logistika mərkəzinə doğru uçan dronları ələ keçirməyə çalışan Rusiya hava hücumundan müdafiə sistemləri səbəb ola bilər.

Əziz MUSTAFA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью