Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin məşhur aktyoru Zafer Ergin verdiyi maraqlı açıqlama ilə diqqət çəkib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Arka Sokaklar" serialında canlandırdığı "Rza Baba" obrazı ilə tanınan sənətçi həyat yoldaşı ilə birlikdə izlədiyi teatr tamaşasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Söhbət zamanı aktyora səhhəti ilə bağlı sual ünvanlanıb. Zafer Ergin isə suala gözlənilməz və yumor dolu cavab verərək ətrafdakıların gülüşünə səbəb olub: "Sünnət etdirdim, desəydiniz, gətirərdim".
83 yaşlı aktyorun zarafatla səsləndirdiyi fikirlər qısa müddətdə sosial şəbəkələrdə yayılıb və istifadəçilər arasında müzakirə mövzusuna çevrilib.
Uzun illərdir ekranlarda ciddi və sərt xarakteri ilə tanınan sənətçinin bu fərqli və şən tərəfi izləyicilər tərəfindən maraqla qarşılanıb. Onun açıqlaması sosial mediada çoxsaylı şərh və reaksiyalar toplayıb.
Musa