futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qəbələ”dən ayrılan Rza Cəfərov klubla vidalaşıb.
Futbolpress.az xəbər verir ki, qolkiper sosial şəbəkə hesabında “qırmızı qaralar”la bağlı bunları yazıb:
“Bəzən qısa müddətdə yaşananlar uzun illər yadda qalır…
“Qəbələ”də keçirdiyim bu 6 ay mənim üçün həm futbol, həm də şəxsi inkişaf baxımından çox dəyərli oldu. Qış transfer dönəmində böyük motivasiya ilə qoşulduğum bu komandada hər gün inkişaf etmək və fayda vermək üçün əlimdən gələni etdim. Mövsüm ərzində keçirdiyim 9 oyunda bu formanı layiqincə daşımağa çalışdım.
Komanda olaraq çətin və məsuliyyətli bir dövr keçdik. Məqsədimiz uğrunda sona qədər mübarizə apardıq və meydanda olduğum hər dəqiqədə əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Futbol mənə bir daha göstərdi ki, ən vacib şey xarakter, birlik və sonadək inamdır.
Bu müddətdə mənə güvənən rəhbərliyə, məşqçilər heyətinə, birlikdə meydanı paylaşdığım komanda yoldaşlarıma və bizi hər zaman dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Burada qazandığım dostluqları, təcrübələri və xatirələri hər zaman xoş şəkildə xatırlayacağam”.
Rza bu ilin əvvəlində icarə əsasında “Neftçi”dən “Qəbələ”yə keçmişdi.