Rza Cəfərov 5 qol buraxdı, “Neftçi” darmadağın oldu Piriçlə yola davam?!

02.12.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əvəzedicilər liqasının 12-ci turunda “Neftçi” “Sabah”a 5 cavabsız qolla məğlub oldu. “Ağ-qaralar”ın qapıçısı əsas komandaya məxsus, ötən mövsüm kapitan olan Rza Cəfərov idi. Rza nə az, nə çox - 5 qol buraxdı.

Buraxdığı qollar arasında yaxın küncdən buraxılan top da var idi, əlinin altından da... Belə qolları buraxmaq isə Rza Cəfərova yaraşmadı. Çünki mövsüm başlayandan Samir Abasov həm də qapıda Rza Cəfərovun olmamasına görə sərt tənqidə məruz qalırdı.
Sənan Qurbanov da Tovuz səfərində Kenan Piriçə güvənəndə şərhlərdə “Rza hanı?” deyirdilər. Yəqin ki, bundan sonra deyilməz.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью